MİLLİ FİKİR
***************
GƏNCLƏR HƏRƏKATI
Меню сайта
Категории каталога
QARABAĞ [8]
"MİLLİ FİKİR" GH SENEDLERİ [3]
AZERBAYCANIN TARİXİ VE HEQİQETLERİ [3]
Armenian Terror and Vandalism [2]
Наш опрос
Azerbaycanın tarixini ve medeniyyetini nece tebliq edirsiniz?
Total of answers: 313
Главная » Статьи » "MİLLİ FİKİR" GH SENEDLERİ

“Milli Fikir” GH-nın Azerbaycan Gencliyine Müracieti (2 fevral 2008)

Ey

“Milli Fikir” Gənclər Hərəkatının

Azərbaycan Gəncliyinə Müraciəti
 

 

    Ey Azərbaycan gənci! Səndən əvvəl gələn nəsil bacardığı qədər savaşdı. Vətənin azadlığı və bütövlüyü, millətin birliyi və səadəti uğrunda keşməkeşli bir mübarizə yolu keçdi. Yaxşı ya pis, düz ya səhv, öz gücünü göstərdi bu gərgin mübarzədə. Qazandığı uğurları qoruyub saxlamaq, uğursuzluqları isə uğura çevirmək üçün sənə miras olaraq bir Milli Qayə əmanət etdi. Səndə bu əmanətə türkə və müsəlmana yaraşan şəkildə sədaqət göstərməli, üzərinə düşən bu çətin, ancaq çox çox şərəfli missiyanı var gücünlə davam etdirməlisən! Ən azı, özündən sonra gələn nəslə daha çox uğurdan ibarət bir miras həvalə etmək üçün! Unutma, sən bu mübarizəni elə aparmalısan ki, səndən öncə gələn nəsil alnını, səndən sonra gələnlərsə əlini öpsün! Övladlarının yanında gözü kölgəli getməyəsən dünyadan!..

   Zaman-zaman bu millətin mübariz oğulları Milli Qayəmizin düşmənləri tərəfindən təqib və təzyiqlərə məruz qaldı. Kimisi edam edildi, kimisi həbsdə və ya sürgündə tələf oldu, kimi isə mühacirətdə vətən həsrəti ilə nakam köçdü həyatdan. Ancaq, mübarizlər öldükcə millətin mübarizəsi daha da qətiyyətli oldu. O dahiləri yetişdirən millət tarix boyu yeni dahiləri də yetişdirməyi bacardı. Onlar Milli Qayə ilə yaşadılar- onu yaşatmaq üçün! Milli Qayə ilə öldülər- sonrakı nəsillərə örnək olub onu yaşatdırmaq üçün! Növbə sənə çatanadək bu beləcə davam etdi. Artıq səni yetişdirdi bu millət! İndi sənə çatdı bu mübarizəni sürdürmək vəzifəsi! Sən parçalanmış vətəni Bütöv Azərbaycana çevirməlisən, məğlub halda içinə qapanmış bədbin və qələbəyə ac  milləti qələbəylə sevindirməlisən! Bu müqəddəs savaşda şəhid olmaqdan qorxma! Bil ki, şəhidlər ölmür, onların ruhu yeni doğulan vətən övladlarının cismində yenidən mübarizə meydanına atılır. Bunu bil! Öz vücudundaki şəhid ruhunu hiss et! Onu eşit və dinlə! Mübarizə meydanında yalnız irəli get sən! Ancaq, onu da düşün ki, geridə sənin ailən və övladların qələbə müjdəsi ilə dönəcəyin anı gözləyir. Əgər geri dönəcəyin anı xəcalətlə yaşamq istəmirsənsə, yaxınlarını o xoş xəbərlə sevindirmək üçün son damla qanına, son nəfəsinə qədər vuruşmalısan!Bu mübarizədə  ya qalib gəlməli, ya da köləliyi qəbul edib, öz kökünə dönük çıxdığını etiraf etməlisən! Amma, bil ki, azad ölmək, əsarətdə yaşamaqdan üstündür!

   Qalx ayağa! Sənin millətinin heysiyyətinə, vətəninin bütövlüyünə, dövlətinin müstəqlliyinə təcavüz edənlərə qətiyyətlə öz yerlərini göstər! Vətənə, millətə və dövlətə olan sevgini yalnız fikrində və nitqində deyil, həm də əməlində sübut et! Artıq iş görmək vaxtıdır! Sənin qismətinə elə bir dövr düşüb ki, xırda laqeydlik üzündən millətin uçuruma gedə, gələcəksiz qala bilər! Tanrının çəkdiyi sınaqdan üzüağ çıxmağa çalış! Və şansı əldən vermə-yeni bir şanlı tarix yaza bilərsən! Hələ də meydanda olan, çarpışmaqdan yorulmayan bir millətin tarixini!

     “Milli Fikir” Gənclər Hərəkatı
Категория: "MİLLİ FİKİR" GH SENEDLERİ | Добавил: Milli-fikir (30.03.2008) | Автор: Azer Oguzeroglu
Просмотров: 1301 | Комментарии: 2 | Рейтинг: 5.0/1 |
Всего комментариев: 2
2 psiko_turanci  
0
Yuxarıda yazılanları oxudum.Men şexsi adıma and içdim ki elimden geldiyi qeder Azerbaycan üçün en yaxşı olanı heyata keçirmeye çalışacağam.

1 manaf  
0
salamlar qardaslar nese cox passivsiz

Name *:
Email *:
Code *:
Форма входа
Поиск
Друзья сайта
Статистика

Total online: 1
Guests: 1
Users: 0
Copyright MyCorp © 2024