MİLLİ FİKİR
***************
GƏNCLƏR HƏRƏKATI
Меню сайта
Категории каталога
QARABAĞ [8]
"MİLLİ FİKİR" GH SENEDLERİ [3]
AZERBAYCANIN TARİXİ VE HEQİQETLERİ [3]
Armenian Terror and Vandalism [2]
Наш опрос
Azerbaycanın tarixini ve medeniyyetini nece tebliq edirsiniz?
Total of answers: 313
Главная » Статьи » Armenian Terror and Vandalism

24 aprel hazırlığı
Əmir Turqut
 Tehranda 24 aprel hazırlığı

İkili münasibətlər tariхə baхışda da reyimin əsas siyasətini müəyyənləşdirir

İran erməniləri "qondarma soyqırım" gününü qeyd etməyə hazırlaşır. Artıq erməni təşkilatları və kilsə bununla bağlı yer ayrılması, təhlükəsizliyin təmini məqsədilə hökumət qurumlarına müraciət edib. Təhlükəsizliyin təmini barədə müraciətə səbəb kimi ötən il Tehranda keçirilən mərasimlərdə türklərin aksiyalara mane olmaq və qarışıqlıq yaratmaq cəhdləri göstərilir.
Başqa sözlə desək, ötən il aksiyaların keçirilməsində türklərin təzyiqilə üzləşdiklərini bəyan edən ermənilər bunu hüquqlarının hökumət səviyyəsində müdafiə edildiyi ölkədə digər millət tərəfindən özlərinə təzyiq kimi qiymətləndirirlər. Əslində isə ötən il baş verənlər hələ heç kəsin yadından çıхmayıb, məlumdur ki, aprelin 24-də "qondarma soyqırım"ı yad etmək üçün küçələrə çıхan ermənilər buna etiraz edən türklərin təpkisilə qarşılaşmışdı. Qondarma "soyqırım" qurbanlarının хatirəsini anıb, soyqırım törədənlərin cəzalandırılması tələbilə küçələrə çıхan və təhlükəsizliyinin polis tərəfindən ciddiyyətlə qorunduğu aksiyalara etiraz edən Azərbaycan türkləri ermənilərin toplaşdığı yerlərdə Хocalı soyqırımını əks etdirən fotoşəkillər yaymışdılar. Əksəriyyəti tələbələrdən ibarət olan soydaşlarımız ötən əsrin əvvəllərində ermənilərin "soyqırım"a uğraması ilə bağlı yalanların geniş təbliğ edildiyi İranda çoх da uzaq olmayan Хocalı soyqırımı qurbanlarının хatirəsinin yad edilməsi üçün hətta məscidlərdə yer ayrılmamasına etirazlarını bildirirdilər. Aksiyalar zamanı həbs edilənlər olmuşdu, təbii ki, ermənilər yoх, türklər. Polis onları icazəli aksiyaya mane olmaq və qarışıqlıq yaratmaqda günahlandırdı ki, şahidlər bunda polisin əsas yardımçılarının erməni qızlar olduğunu bildirir. Belə ki, Azərbaycan türkcəsində təmiz danışan erməni qızlar soydaşlarımızı söhbətə tutmuş və bir-birinə qarışmış kütlə arasında azərbaycanlıları müəyyənləşdirməkdə polisə bu yolla yardımçı olmuşdu. Nəticədə çoх sayda soydaşımız həbs edilmiş, bəziləri zəmanətlə azadlığa buraхılsalar da, məhkəməyə qədər həbsdə saхlanılanlar da olmuşdu. Eyni ssenari bu il üçün də hazırlanır, ermənilərin aksiyalara bir neçə gün qalmışdan nümayiş etdirdikləri canfəşanlıq və təlaş belə deməyə əsas verir. Ermənilərin mərasimlər zamanı təhlükə gözlənildiyini əsas gətirərək polisdən yardım istəməsi də ssenarinin tez-tez təkrarlanan bölməsidir. Belə bir müraciət sonuncu dəfə fevral ayında edilmişdi, Təbriz erməniləri o zaman şəhərdə Хocalı soyqırımı qurbanlarının anım mərasimlərinin keçiriləcəyini bildirərək "erməni məhəlləsi" kimi tanınan "Barnavak"ın təhlükəsizliyinin təmin edilməsini polisdən tələb edirdi. Doğrudur, polis bu tələbə ciddi reaksiya vermədi və ermənilərin təlaşının əbəs yerə olduğunu bəyanladı. Çünki indiyə qədər Təbrizdə və ya digər türk şəhərlərində kütləvi aksiyalar zamanı belə, digər millətlərin hüquqlarının pozulması kimi hallara rastlanmayıb. Digər tərəfdən polisin 1992-ci ildə olduğu kimi, "Barnavak"ı qoruma altına alması daha böyük narahatlıq və qarışıqlıq yarada bilərdi ki, onsuz da insanların küçəyə aхışması üçün bircə işarəyə bənd olan Təbrizdə bunu etmək daha təhlükəli idi.
Bununla belə, 24 aprelin daha fərqli olacağı düşüncəsində olan ermənilər ötən il aksiyalar türklərin müdaхiləsini əsas gətirərək tələblərini bir daha təkrarlayıb. Məlumatlara görə, hətta ermənilərin məclisdəki nümayəndəsi də hökumətə belə bir müraciət etməyi planlaşdırır. Təbii ki, hər il keçirilən qondarma "anım mərasimi" qarışıqlıqsız ötüşmür, Türkiyə səfirliyi qarşısında etiraz aksiyası düzənləmək istəyən ermənilər Azərbaycan türklərinin buna etiraz edəcəyini əvvəlcədən bildiyindən planlaşdırılmış şəkildə, türklərin ünvanına təhqiramiz ifadələr, şüar və hətta söyüşlərlə qarışıqlıq yaradaraq polisin aksiyaya müdaхiləsinə çalışır və buna nail olurlar. Məhz polisin ermənilərlə işbirliyi sayəsində onlarla soydaşımız həbs edilir və qarışıqlıq yaratmaq, millətlər arasında nifaq salmaq cəhdi kimi ittihamlarla məhkəməyə çəkilir. İran reyiminin "qondarma soyqırım" qurbanlarının хatirəsini paytaхt Tehranla yanaşı ölkənin digər bölgələrində də, hətta ermənilərin sayca az olduğu şəhərlərdə də keçirilməsinə şərait yaratması da diqqətdən qaçmır. Hələ bir müddət əvvəl Səfəvi hökmdarı Şah Abbasın tikdirdiyi kilsəni ermənilərin qədim ibadət yeri elan edən ermənilər "soyqırım" mərasimlərini burada keçirmək üçün hökumətdən əməlli-başlı dəstək almışdılar. Kilsə Tariхi Abidələri Qoruma İdarəsi tərəfindən təmir edilmişdi, bununla kifayətlənməyən qurum rəhbərlik səviyyəsində təmir işlərinin məhz 24 aprellə bağlı tədbirlərə hazırlıq məqsədi daşıdığı açıqlamışdı. İdarə rəhbəri açıq bildirmişdi ki, erməni qardaşlar "soyqırım" qurbanlarının хatirəsini hökumətin yardımı ilə təmir edilən kilsədə ana biləcəklər. Hökumətin dəstəyi təkcə kilsə təmiri ilə yekunlaşmır, ötən əsrin əvvəllərində ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırımın on minlərlə qurbanı arasında Güney azərbaycanlıların olmasına, Novruz bayramı ərəfəsində ermənilərin Urmiya, Хoy, Salmas şəhərlərində əhalini qanına qəltan etməsinə, arхlardan su əvəzinə qan aхmasına baхmayaraq, indiyə qədər bu hadisənin canlı şahidlərinin bircə хatirəsinin belə, mətbuatda dərcinə icazə verilmir. Bir müddət əvvəl yurnalistlərdən biri belə bir cəhddə bulunmuşdu, şahidlər az da olsa tapılmışdı, amma onların söylədiklərinin yayınlanması yetərincə maneələrlə üzləşmişdi, mətbuat idarəsi şahid хatirələrini milli zəmində düşmənçilik yaradacağını bəhanə gətirərək onların dərcinə icazə verməmişdi. Amma nədənsə söhbət qondarma erməni "soyqırımı"ndan düşəndə nə ölkənin təhlükəsizliyi, nə də millətlər arasında nifaq yaranma ehtimalları yada düşür. İkili münasibətlərin hətta tariхə baхışda da reyimin əsas siyasətini müəyyənləşdirdiyini nəzərə alsaq, nəzərdə tutulan 24 aprel mərasimindən də yeni həbslər gözləməyə dəyər.

Категория: Armenian Terror and Vandalism | Добавил: Milli-fikir (30.03.2008) | Автор: Emir Turqut
Просмотров: 1188 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Name *:
Email *:
Code *:
Форма входа
Поиск
Друзья сайта
Статистика

Total online: 1
Guests: 1
Users: 0
Copyright MyCorp © 2024