MİLLİ FİKİR
***************
GƏNCLƏR HƏRƏKATI
Меню сайта
Категории каталога
QARABAĞ [8]
"MİLLİ FİKİR" GH SENEDLERİ [3]
AZERBAYCANIN TARİXİ VE HEQİQETLERİ [3]
Armenian Terror and Vandalism [2]
Наш опрос
Azerbaycanın tarixini ve medeniyyetini nece tebliq edirsiniz?
Total of answers: 313
Главная » Статьи » "MİLLİ FİKİR" GH SENEDLERİ

"Milli Fikir" Gencler Herekatının Beyannamesi

“Milli Fikir” Gənclər Hərəkatının Bəyannaməsi

 

“Milli Fikir” Gənclər Hərəkatı müasir Azərbaycan cəmiyyətinin formalaşma prosesində milli mənəvi dəyərlərin möhkəmlənməsi, müdafiəsi və milli dövlətçilik prinsiplərinə əsaslanaraq fəaliyyət göstərən sivil, maarifçi və milliyyətçi təşkilatdır. “Milli Fikir” Gənclər Hərəkatı əsas məqsəd kimi Azərbaycan dövləti ərazisində yaşayan və irqindən, dinindən və dilindən asılı olmayaraq özünü azərbaycanlı sayan vətəndaşları bir bayraq altında birləşərək vahid Vətən, Azərbaycan naminə mübarizəni təşkil etməyi qəbul etmişdir. “Milli Fikir” Gənclər Hərəkatı radikal milliyyətçiliyi rədd edir, öz fəaliyyəti bütün millətlərə hörmət prinsipləri üzərində qurur, amma Azərbaycan dövlətçiliyinə qarşı çıxan, bu dövlətin ərazi bütövlüyünə qarşı çıxan istənilən milləti bu hörmətə layiq bilmir. Yəni biz hörmət etdiyimiz millətlərdən qarşılıqlı olaraq hörmət gözləyirik. “Milli Fikir” Gənclər Hərəkatı demokratik inteqrasiyanın, müasirləşmənin və sivil cəmiyyət qurulmasının əleyhinə deyil, amma bütün bu işlərdə milli mənəvi dəyərlərin qorunmasının tərəfdarı və tələbkarıdır. “Milli Fikir” Gənclər Hərəkatı heç bir siyasi partiyanın siyasəti dəstəkləmək üçün yaradılmayıb, siyasi proseslərə qoşulmaq fikrində deyil. “Milli Fikir” Gənclər Hərəkatı mənim, sənin və ya onun təşkilatı olaraq yaradılmayıb, o ziyalı gənclərin təşəbbüsü ilə yaradılıb və gənclərin dəstəyinə arxalanır.
 
“Milli Fikir” Gənclər Hərəkatının elektron poçt ünvanı: Milli_fikir@box.az  
 Sədr: Manaf Kərimov, mobil: (070) 302 52 62
 Sədr müavini: Rüfət Əhmədzadə, mobil: (070) 346 58 34
Ofis: (012) 441 19 42
Категория: "MİLLİ FİKİR" GH SENEDLERİ | Добавил: Milli-fikir (20.03.2008) | Автор: "Milli Fikir" Gencler Herekatı
Просмотров: 955 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Name *:
Email *:
Code *:
Форма входа
Поиск
Друзья сайта
Статистика

Total online: 1
Guests: 1
Users: 0
Copyright MyCorp © 2024