MİLLİ FİKİR
***************
GƏNCLƏR HƏRƏKATI
Меню сайта
Категории каталога
QARABAĞ [8]
"MİLLİ FİKİR" GH SENEDLERİ [3]
AZERBAYCANIN TARİXİ VE HEQİQETLERİ [3]
Armenian Terror and Vandalism [2]
Наш опрос
Azerbaycanın tarixini ve medeniyyetini nece tebliq edirsiniz?
Total of answers: 313
Главная » Статьи » "MİLLİ FİKİR" GH SENEDLERİ

Azerbaycan Ictimaiyyetine Muraciet(20 yanvar 2008-ci il)
“Milli Fikir” Gənclər Hərəkatının Azərbaycan ictimaiyyətinə müraciəti.
Əziz həmvətənlər! Azərbaycan dövlətçilik tarixinə həm ən qanlı həm də ən şərəfli bir gün kimi əbədi həkk olunmuş 20 yanvar faciəsinin növbəti ildönumü ərəfəsində sizlərə müraciət edirik. 20 yanvar şəhidlərinin siyahısına nəzər yetirmək kifayətdir ki, bu faciənin tək Azərbaycan türklərinin deyil, məmləkətimizdə yaşayan bütün insanların (ermənilər istisna olmaqla) faciəsi olduğuna əmin olasan. Bəli, söhbət heç də Azərbaycan türklərinə qarşı aparılan soyqırımi ilə məhdudlaşmır. 20 yanvar faciəsi hər hansı bir millət çərçivəsinə sığmır, o Azərbaycanı özünün vətəni bilib bu dövlətə sədaqət göstərən bütün Azərbaycan vətəndaşlarına qarşı aparılan soyqırım siyasətidir. Bütün bunları nəzərə alaraq sizlərə müraciət edib, sizləri həmin gün bayraq həmrəyliyi aksiyasına qoşulmağa çağırırıq. Özünü bu dövlətin vətəndaşı sayan hər bir kəs 20 yanvar günü Şəhidlər Xiyabanını ziyarət etməklə bərabər öz ailəsinin bayraq həmrəyliyi aksiyasında iştirakını təmin etmək məqsədilə aşağıdakı hərəkətləri etməyə çağırırıq. İlk növbədə hər bir ailə başçısı bir ədəd üçrəngli Azərbaycan bayrağını alır və faciə günü həmin bayrağa qara və qırmızı lent bağlayaraq şəhər əhalisi öz eyvanlarından, kənd əhalisi isə öz qapılarından asmaqla bayraq həmrəyliyi aksiyasına qoşulduqlarına bəyan edirlər. Həmin gün siz “ümumrespublika bayraq həmrəyliyi” aksiyasına qoşulmaqla, şəhidlərin ruhu qarşısında öz borcunuzu unutmadığınızı və onların qanlarının yerdə qalmayacağına söz verdiyinizə işarə etmiş və Azərbaycan xalqının ümummilli məsələlərə həmrəy yanaşdığını nümayiş etdirmiş olacaqsınız.Allah şəhidlərə rəhmət etsin!
milli_fikir@box.az
rufet_uluscu@list.ru


Источник: http://millifikirgh.azeriblog.com
Категория: "MİLLİ FİKİR" GH SENEDLERİ | Добавил: Uluscu (29.03.2008) | Автор: Rufet Uluscu
Просмотров: 1194 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Name *:
Email *:
Code *:
Форма входа
Поиск
Друзья сайта
Статистика

Total online: 1
Guests: 1
Users: 0
Copyright MyCorp © 2024