MİLLİ FİKİR
***************
GƏNCLƏR HƏRƏKATI
Меню сайта
Разделы новостей
XABERLER [4]
MİLLİ FİKİR GH-nın XEBER ARXİVİ [1]
Наш опрос
Azerbaycanın tarixini ve medeniyyetini nece tebliq edirsiniz?
Total of answers: 313
Главная » 2008 » April » 3 » Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) nümayəndələri DAK-ın mərkəzi ofisində görüş keçirdilər
Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) nümayəndələri DAK-ın mərkəzi ofisində görüş keçirdilər
15:16

Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) nümayəndələri DAK-ın mərkəzi ofisində görüş keçirdilər

Bu gün GAK-ın nümayəndələri Əli Babayev, Elbrus Məmmədov və Sabir Mehdiyev DAK sədri prof. Q.S.Təbrizi, DAK Koordinasiya və İnformasiya mərkəzinin rəhbəri Əlirza Amanbəyli, DAK Gənclər Təşkilatının sədr müavini Elnur Elturk, DAK GT-nin üzvləri iştirak edirdilər.

“Ana Vətənim Gürcüstan” İctimai Birliyinin sədri Əli Babayev qeyd edərək Gürcüstanda yaşayan soydaşlarımızın torpaq, təhsil və s. problemlərini olduğunu bildirdi. Qarşıdan gələn Gürcüstandakı parlament seçkilərində gürcü dilini təmiz bilən Azərbaycan türklərinin orada təmsil olunmasını dilə gətirdi.

 GAK-ın icraçı direktoru Elbrus Məmmədov öz çıxışında ermənilərin gürcü və Azərbaycan sənədlərindən istifadə edərək Azərbaycana oradan isə Avropa ölkələrinə mühacirət edirlər. Bu plan Ermənistan höküməti tərəfindən sistemli şəkildə ortaya atılmış siyasətdir.

 “Gürcüstan mənim Vətənimdir” Cəmiyyətinin üzvü Sabir Mehdiyev Bakı-Tbilisi-Ceyhan boru xəttindən Azərbaycan hökümətinin Gürcüstan Azərbaycanlılarına maliyyə yardım kompensasiyasının ödənilməməsini bildirdi və GAK-nin daha güclü şəkildə təşkilatlanması üçün Azərbaycan hökümətindən və DAK-dan maddi və mənəvi dəstəyin verilməsini dilədi.

DAK sədri prof. Q.S.Təbrizi Gürcüstanda baş verən proseslərin diqqətlə izlədiyini Gürcüstan Azərbaycanlılarının ölkənin ən potensial təbəqəsinin olduğunu vurğuladı. Gürcüstan Azərbaycanlıları içərisində kifayət qədər savadlı və intellektual səviyyəli insanların olduğunu bildirdi və bu yaxınlarda Gürcüstandakı Azərbaycanlılarla görüş keçirməsinin vacibliyini vurğuladı. GAK-ın fəaliyyətinə uğurlar arzuladı.

Prof. Sabir Nəbioğlu milli məsələlərdə gənclərimizin bir araya gəlib söhbət etməsi müzakirələrə qatılması millətimizin uğurlarından sayılmalıdır. O Güney Azərbaycanda gedən milli azadlıq hərəkatının uğurlarından danışdı.

DAK Koordinasya və İnformasiya mərkəzinin rəhbəri Əlirza Amanbəyli Gürcüstan Azərbaycanlılarının problemlərini 50 milyonluq Azərbaycan türklərinin problemi olduğunu bildirdi. Güney Azərbaycanın, Dərbəndin və Borçalının qədim Azərbaycan torpaqlarının olduğunu bildirdi.

DAK Gənclər Təşkilatının birinci müavini Elnur Elturk Gürcüstan gəncləri ilə Azərbaycan gəncləri arasında əlaqələrin qurulmasını və Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyilə bağlı Tiflisdə GAK və DAK-ın birgə təşkilatçılığı ilə konfrasın keçirlməsini təklif etdi və təklif görüş iştirakçıları tərəfindən müsbət qarşılandı

 

17:22 / 01.04.2008
Категория: XABERLER | Просмотров: 1191 | Добавил: Milli-fikir | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Name *:
Email *:
Code *:
Форма входа
Календарь новостей
«  April 2008  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Поиск
Друзья сайта
Статистика

Total online: 1
Guests: 1
Users: 0
Copyright MyCorp © 2024